21 May 09:23 Yığmamız II Avropa Oyunlarına 3 lisenziya qazandı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 21 May 09:23
413 baxış

Yığmamız II Avropa Oyunlarına 3 lisenziya qazandı

Yunanıstanın paytaxtı Afinada sambo üzrə Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 10 idmançı ilə qatılan Azərbaycan millisi 4 bürünc medala sahib olub.

 

Bəxtiyar Hacıyevin yetirmələrindən Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq) və Emil Həsənov (68 kq) üçüncü yeri tutublar. Bu nəticə sambo yığmamıza gələn ilk Minskdə keçiriləcək II Avropa Oyunlarına 3 lisenziya da verib.

 

Komandamızın aktivinə digər “bürünc”ü isə Nəbi Məmmədov (100 kq) əlavə edib. O, döyüş sambosundən fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Xəbər lenti