[b]Yığmamızın baş məşqçisinin həbs xəbəri yayıldı [/b] - YENİLƏNİB
22.09.2017 - 14:53
[b]Yığmamızın baş məşqçisinin həbs xəbəri yayıldı [/b] - YENİLƏNİB

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının baş məşqçisi, AAAF yaşayış kompleksinin rəhbəri Tofiq Heydərovun həbs edildiyi barədə xəbərlər yayılıb. Apasport.az olke.az saytına  istinadən xəbər verir ki, prokurorluq əməkdaşları “AAAF Park” ərazisində yerləşən bütün obyekt sahiblərinə xəbərdarlıq edərək, 10 dəqiqə ərzində ərazini tərk etməyi tapşırıb.


Parkın ərazisindəki bütün obyektlərə Prokurorluq tərəfindən həbs qoyulub. Hazırda “AAAF Park” ərazisində axtarışlar aparılır. İstintaq başa çatdıqdan sonra obyekt sahibləri əraziyə daxil ola biləcəklər.


Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, ancaq bu barədə olke.az-a məlumatı boşaldılan obyekt sahibləri də təsdiqləyiblər. Obyekt işçiləri arasında gəzən söhbətə görə, iş adamı Tofiq Heydərov hansısa dini sektanın üzvüdü. 

 

AAAF şirkətinin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidi: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

 

Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. 

 

S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

 

Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. 

 

0