11 Aprel 13:04 Yığmamızın kapitanı hakim haqsızlığından danışdı
DÖYÜŞ NÖVLƏRİ xəbərləri 11 Aprel 13:04
423 baxış

Yığmamızın kapitanı hakim haqsızlığından danışdı

"Final görüşündə ilk saniyələrdə fənd çıxışı etdim, 4 xal verməli olduqları halda, hakimlər 2 balla qiymətləndirdilər”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Cəbrayıl Həsənov deyib.

 

Yığmamızın kapitanı Ayova şəhərində keçirilən Dünya Kubokunu şərh edib. O, finalda ABŞ-a uduzmalarında hakim haqsızlığını əsas gətirib: “Son saniyələrdə yenə 2 xallıq fənd işlətdim, xalı rəqibə verdilər. Yəni tək mən yox, bəzi komanda yoldaşlarımıza qarşı da haqsızlıq olundu. Bizim üçün bu, Avropa çempionatı öncəsi böyük uğurdu. Sonuncu dəfə 2012-ci ildə Bakıda ikinci yeri tutmuşduq. Avropa çempionatında əlimizdən gələni etməyə çalışacağıq”.

 

Xəbər lenti