[b]Yığmamızın Latviya zəfəri: 12/119[/b]
09.06.2018 - 21:11
[b]Yığmamızın Latviya zəfəri: 12/119[/b]

Bu gün yoldaşlıq oyununda Latviya millisi ilə qarşılaşan millimiz matçdan 3:1 hesablı qələbə ilə ayrılıb. Apasport.az saytının məlumatına görə, Riqada keçirilən görüş yığmamızın 119-cu səfər sınağı olub.

Bunadək rəqib meydanlarında 11 qələbəsi olan komandamız 12-ci qalibiyyətini böyük hesabla qazanıb.

Komandamız rəqib meydanlarında 25 dəfə heç-heçə edibsə, 82 oyun yığmamız üçün acınacaqlı bitib.

Qeyd edək ki, səfərdəki oyunlarda qol fərqi də fantastik həddə ziyanımızadı – 63:267.

0