[b]15-ci saniyədə avtoqol - VİDEO[/b]
10.08.2017 - 09:23
[b]15-ci saniyədə avtoqol - VİDEO[/b]

Estoniya kubokunda qeyri-adi hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsinin “Levadiya” – “Payde” qarşılaşmasında 15-ci saniyədə avtoqol qeydə alınıb.

 

Maraqlısı odu ki, “Levadiya” topa toxunmadan hesabı açıb. Start fitindən sonra paslaşan “Payde” futbolçuları topu öz qapılarına qədər aparıb. Erkən avtoqolun müəllifi Martin Kaze olub.

 

Qeyd edək ki, “Levadiya” ev oyununda 3:1 hesablı qələbə qazanıb.

0