[b]18 oyunluq məşqçi [/b]
16.07.2018 - 19:09
[b]18 oyunluq məşqçi
[/b]

“Keşlə”nin baş məşqçisi postundan istefa verən Yuri Maksimov postunda 18 oyun duruş gətirib. Apasport.az saytının məlumatına görə, ukraynalı çalışdırıcı 2018-ci ilin əvvəlindən rəhbərlik etdiyi komanda ilə 8 qələbə qazanıb.

 

Onun yetirmələri 6 heç-heçə edib və 4 dəfə uduzub. “Keşlə” əcnəbi məşqçinin rəhbərliyi altında 24 qol vurub, 20-ni buraxıb.

 

Premyer Liqadakı 14 qarşılaşmada 6 qələbə, 5 heç-heçə və 3 məğlubiyyətə şahid olan çalışdırıcı 23 xalın qazanılmasının memarı olub. Ukraynalının yetirmələri 20 qol vurub və 15-ni buraxıb.

 

Azərbaycan kubokunu başı üzərinə qaldıran Maksimov “Keşlə”də 2 qələbə qazanıb və 1 heç-heçə görüb. Onun komandası rəqib qapısından üç top keçirib və yalnız birinə üzülüb.

 

Ukraynalının “Keşlə”ylə avrokuboklardakı debütü isə uğursuz alınıb. İyulun 12-də Maltada “Baltsan”a 1:4 hesabı ilə uduzan bakılılar I təsnifat mərhələsini adlamaq şanslarını çətinə salıb. Lakin mütəxəssis ayın 19-dakı matçı gözləmədən komandadan getməyə qərar verib.

0