[b]19-cu duel öncəsi kiçik üstünlük[/b]
13.03.2018 - 00:26
[b]19-cu duel öncəsi kiçik üstünlük[/b]

Azərbaycan Premyer Liqasının XX turunda "Kəpəz"i qəbul edəcək "Sumqayıt" rəqibi önündə üstünlüyə malikdi. Apasport.az-ın "gənclik şəhəri" təmsilçisinin saytına istinadən məlumatına görə, bu, komandaların ölkə çempionatında 19-cu dueli olacaq.

 

İndiyə qədər baş tutan 18 qarşılaşmanın 7-də "Sumqayıt", 5-də "Kəpəz" qalib gəlibsə, 6 matç  "sülh"lə nəticələnib. Top fərqində də "Sumqayıt"ın üstünlüyü var - 25:20. Digər diqqətçəkən məqam "kimyaçılar"ın iki oyunçusu Amil Yunanov və Cavid İmamverdiyevin gəncəlilərlə görüşlərdə hərəyə 3 dəfə fərqlənmələridi.

 

Maraqlıdı ki, "Sumqayıt" Premyer Liqada ilk böyükhesablı qələbəsini də "Kəpəz" üzərində əldə edib. Belə ki, 2011-ci il, dekabrın 11-də keçirilən görüşdə Gəncə təmsilçisi səfərdən 1:4 hesablı məğlubiyyətlə qayıdıb.

Qeyd edək ki, martın 14-də keçiriləcək "Sumqayıt" - "Kəpəz" oyunu saat 20:00-da start götürəcək.

0