[b]2 oyunda 26 qol: Azərbaycan kubokunda finalçılar müəyyənləşdi[/b]
17.05.2018 - 20:39
[b]2 oyunda 26 qol: Azərbaycan kubokunda finalçılar müəyyənləşdi[/b]

Bu gün futzal üzrə ölkə kubokunun yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, finala vəsiqələr uğrunda matçlar Bakı İdman Sarayında baş tutub.

 

Həlledici qarşılaşmanın ilk iştirakçısı “Hell Energy” və “Marafon Futsal” arasında oyunda bəlli olub. Yüksək Liqanın gümüş mükafatçısı olan sonuncular rəqibə heç bir şans verməyiblər. Belə ki, “Hell Energy”nin qapısından 11 cavabsız top keçirən “Marafon Futsal” ilk finalçı olub.

 

Digər finalçı aşağı dəstə təmsilçilərinin oyununda bəlli olub. Bu qarşılaşmada hesab daha acınacaqlı olub. Belə ki, “Uğur” “Yasamal-2”ni 15:0 hesabı ilə məğlub edib.

 

Beləliklə, "Marafon Futsal" və "Uğur" final görüşündə üz-üzə gələcək.

 

Azərbaycan kuboku

Yarımfinal

17 may

 

“Uğur” – “Yasamal-2” - 15:0

Qollar: A. Şeikhlar, 2:03, 8:04, 25:10, B. Jafari, 4:40, F. Hüseynov, 5:36, A. Nasrollah, 7:02, M. Geshoni, 14:00, 18:58, 25:50, 35:52, H. Solari, 15:10, 17:38, A. Hosseini, 18:10, 22:20, A. Ebrahimi, 18:59

Sarı vərəqə: V. Rəcəbov, 10:40

Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Anar Fərəcov 

Hakim-inspektor: Tofiq Şükürov

Bakı İdman Sarayı

“Uğur” FK: 16. Seyfan Vahid (q), 2. Abolfaz Hosseini, 8. Alirza Sheikhlar, 9. Mohsin Geshoni, 10. Ali Ebrahimi, 1. Aydın Bəyişli (q), 5. Fəyyar Hüseynov, 6. Amin Nasrollah, 7. Behroz Jafari, 14. Yadulla Əmrəliyev (k), 4. Hamid Solari, 15. Amoni Reza
Baş məşqçi: Fuad Rzayev

“Yasamal-2”: 1. Ceyhun Nağıyev, 9. Rüfət Hüseynov, 12. Həsən Camalzadə, 7. Vüqar Rəcəbov, 14. Anar İsayev, 23. Tural Lətifov, 8. Parsa, Kakavand, 76. Əmin Rəncbər, 3. Əmir Teolezi
Rəhbər: Orxan Allahverdiyev

 

“Hell Energy” – “Marafon Futsal” - 0:11

Qollar: A. Bolouri, 2:51, S. Goodarzi, 9:11, S. Məmmədov, 10:10, O.Talebi, 18:10, 18:53, 19:28, İ. Hacıyev, 18:30, M. Hacıbandeh, 21:00, 35:37, H. Khodoui, 30:07, E. Barati, 33:07

Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov 
Hakim-inspektor: Aydın Gözəlov

Bakı İdman Sarayı

“Hell Energy”: 44. Elvin Zeynalov (q, k), 11. Turxan Quliyev, 4. Fuad Cəfərov, 9. Abbas Qasımov, 14. Sahib Namazov, 1. Rəşad Səttarzadə (q), 20.İlqar Abdulov, 10. Hikmət Bağırov, 7. Vüqar Həsənov, 17. Orxan Məmmədov, 13. Rafael Nağıyev
Məşqçi: Hikmət Bağırov
“Marafon Futsal”: 12. Kesra Mehdipour (q), 7. İlkin Hacıyev, 9. Omid Talebi, 10. Seymur Məmmədov, 20. Elyas Barati, 2. Kamran Hacıyev (q), 4. Majid Hacıbandeh, 8. Renat Sultanov (k), 22. Arif Bolouri, 11. Hamid Khodoui, 77. Saeid Goodarzi, 99. Rüstəm Bağırzadə
Baş məşqçi: Elşad Quliyev

0