[b]2 xorvat = 104 milyon avro[/b]
17.07.2018 - 16:55
[b]2 xorvat = 104 milyon avro[/b]

Xorvatiya millisinin iki yarımmüdafiəçisi İvan Perişiç və Ante Rebiç “Mançester Yunayted”in maraq dairəsinə düşüb. Apasport.az saytının “The Sun”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” adıçəkilən oyunçuların keçidi üçün danışıqlara başlayıb.

 

Baş məşqçi Joze Mourinyonun komandada görmək istədiyi “İnter”li Perişiç və “Ayntraxt”lı Rebiç üçün “Dumanlı Albion” təmsilçisi ümumilikdə 104 milyon avro pul ayırıb. “Mankunianlar” klublarını razı sala bilsə, milli üzvlərini tezliklə bir araya gətirəcək.

 

Qeyd edək ki, həm İvan Perişiç, həm də Ante Rebiç mundialda gümüş medal qazanan Xorvatiya yığmasının aparıcı simaları idi.

0