[b]20 ildə 16-cı çempionluq – “Qarabağ”ın keçmiş rəqibindən inanılmaz nəticə[/b]
19.11.2017 - 16:00
[b]20 ildə 16-cı çempionluq – “Qarabağ”ın keçmiş rəqibindən inanılmaz nəticə[/b]

Moldova çempionatında qalib müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Milli Liqanın 17-ci turunda səfərdə “Milsami” ilə qarşılaşan “Şerif” 2:0 hesablı qələbə qazanaraq sona bir tur qalmış çempionluğu rəsmiləşdirib.

 

Tiraspol klubu 17 oyundan sonra 45 xal toplayaraq ən yaxın rəqibi “Milsami”ni 8 xal qabaqlayıb.

 

Bu, 20 yaşlı “Şerif”in 16-cı ölkə çempionluğu, ümumilikdə isə 35-ci mükafatıdır.

 

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində çempionumuz “Qarabağ”a rəqib olmuş Moldova təmsilçisi iki oyunun nəticəsinə görə (0:0; 1:2) mübarizəni dayandırmışdı. Komanda hazırda Avropa Liqasında çıxış edir.

0