16 Oktyabr 13:03 204-cü oyunda 300-cü qol
FUTBOL xəbərləri 16 Oktyabr 13:03
270 baxış

204-cü oyunda 300-cü qol

“Sumqayıt” ölkə çempionatlarında 300-cü qolunu buraxıb. Apasport.az saytı xəbər verir ki, bu, Premyer Liqanın VIII turuna təsadüf edib.

 

Öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Gənclik şəhəri” təmsilçisi mənfi yubileylə üzləşib. Bu matçadək 203 qarşılaşmada 299 top buraxan sumqayıtlılar 204-cü oyunda üçüncü “yüzlüy”ü qapayıblar. Bu isə o deməkdi ki, “Sumqayıt” orta hesabla hər matçda 1,47 top buraxıb.

 

Buraxılan 300 qola isə komanda 191 topla cavab verib. Bu 300 topdan 116-sı ev, 184-ü səfər matçında buraxılıb.

Xəbər lenti