[b]4 futbolçu İtaliya millisindən getdi[/b]
14.11.2017 - 09:17
[b]4 futbolçu İtaliya millisindən getdi[/b]

İtaliya yığmasının 4 futbolçusu milli karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in İsveçlə qarşılaşmasından sonra mundiala vəsiqə qazana bilməyən apenninlilərin aparıcı üzvləri belə addım atmağa  qərar veriblər.

 

Yığmanın qapıçısı Canluici Buffon, həmçinin Corco Kyellini, Daniele de Rossi və Andrea Bartsalyi milli ilə vidalaşıb.

 

1997-ci ildə yığmada debüt edən Buffon DÇ-2018-in final mərhələsindən kənar qalmaqla rekord şansını qaçırıb. Belə ki, təcrübəli qolkiper 6-cı dəfə mundiala qatılsaydı, mütləq rekord sahibi olacaqdı. DÇ-2006-nın çempionu olan Buffon millidə 175 matç keçirib.

 

10 il yığmada çıxış etmiş de Rossi 117 matçda 21 qol sevinci yaşayıb. Kyellini 96 matçda 8 dəfə fərqlənibsə, Bartsalyi 73 dəfə meydana çıxıb.

 

 

0