[b]4 il 4 ay sonra vurulan qol[/b]
16.04.2018 - 00:33
[b]4 il 4 ay sonra vurulan qol[/b]

Topaz Premyer Liqasının XXIII turunda “Neftçi” “Zirə” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə sonuncu qolu Rəşad Sadiqov vurub.

 

Bu, təcrübəli oyunçunun paytaxt klubunda 4 il 4 ay sonra vurduğu ilk qol olub.

 

Sadiqov sonuncu dəfə 1577 gün bundan əvvəl “ağ-qara” formada AZAL-la oyunda fərqlənmişdi.

 

2013-cü il dekabrın 20-də “təyyarəçilər”in 2:1 hesablı qələbəsi ilə yekunlaşan qələbəsi zamanı “Neftçi”nin tək qoluna məhz Rəşad imza atmışdı.

 

Qeyd edək ki, “Zirə” ilə oyunda “Neftçi”nin digər qollarını Rəhman Hacıyev (penalti) və İqnasio Herrera vurub.

0