[b]6-cı məğlubiyyət[/b]
19.02.2018 - 09:14
[b]6-cı məğlubiyyət[/b]

“Kəpəz” Azərbaycan Premyer Liqasında ardıcıl 6-cı məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi XVI turda “Keşlə”yə 0:1 hesabı ilə uduzmaqla uğursuz seriyasını davam etdirib.

 

Qərblilər sonuncu dəfə X turda xal qazanıb.     Ötən il oktyabrın 28-də “İnter”ə, indiki “Keşlə”yə qalib gələn (2:0) “Kəpəz” növbəti 6 görüşdə xala həsrətdi.

 

Gəncəlilər ötən il “Qarabağ”a 0:2, “Səbail”ə 2:3, “Qəbələ”yə 1:6, “Sumqayıt”a 0:3, bu il “Neftçi” və “Səbail”ə eyni 0:1 hesabı ilə uduzub. Bu matçlarda 3 top vuran “Kəpəz” 16-nı buraxıb.

0