[b]6+3 oyun sonra gələn məğlubiyyət[/b]
25.02.2018 - 14:39
[b]6+3 oyun sonra gələn məğlubiyyət[/b]

Azərbaycan Premyer Liqasının XVIII turunda “Qəbələ” “Səbail”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, “Bayıl Arena”da keçirilən matç gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

 

1:2 hesablı məğlubiyyət “qırmızı-qaralar”ın uzun zaman sonra ilk yenilgisi olub. Belə ki, sonuncu dəfə Premyer Liqanın 10-cu turunda səfərdə “Zirə”yə uduzan Roman Qriqorçukun komandası o vaxtdan bəri 6 çempionat və 3 kubok oyununda meydanı başıaşağı tərk etməmişdi.

 

Geridə qalan müddətdə Premyer Liqa çərçivəsində “Səbail” (3:1), “Neftçi” (3:2), “Kəpəz” (6:1), “Keşlə” (3:0), “Qarabağ” (0:0) və “Zirə” (2:1) ilə qarşılaşmış əyalət klubu 5 qələbə qazanıb, bir dəfə isə heç-heçəyə razılaşmışdı.

 

Kubokda isə “Mil-Muğan”a rəhm etməyən (8:0) “Qəbələ” iki dəfə də “Səbail”i meydandan məyus yola salmışdı – 1:0 və 4:2.

0