23 Mart 00:25 70-ci məğlubiyyət
FUTBOL xəbərləri 23 Mart 00:25
2373 baxış

70-ci məğlubiyyət

Azərbaycan millisi 21 yaşadək futbolçular arasında Avropa çempionatlarının seçmə mərhələlərində yubiley məğlubiyyətinə üzülüb. Apasport.az saytının məlumatına görə, AVRO-2019-un Kosovo ilə səfərdəki qarşılaşmasında alınan 0:2 hesablı yenilgi yığmamızın 70-ci xalsız oyunudu.

 

Seçmə mərhələlərdə 1995-ci ildə AVRO-1996-ya aparan yolda debüt edən komandamız keçirdiyi 98 görüşdə 70 dəfə uduzub. Bu məğlubiyyətlərdən 5-i cari tsiklə təsadüf edib.

 

Qeyd edək ki, yığmamızın aldığı 70 məğlubiyyətdən ikisi texniki nəticədi. Uelslə səfər matçında adı iştirak ərizəsində olmayan, İrlandiya ilə ev qarşılaşmasında cəzalı futbolçunun oynaması 0:3-lə nəticələnib.

Xəbər lenti