[b]8 seyvlə rekorda şərik çıxdı[/b]
22.02.2018 - 11:48
[b]8 seyvlə rekorda şərik çıxdı[/b]

“Mançester Yunayted”in qapıçısı David de Xea klub rekordunu təkrarlayıb. Apasport.az saytı xəbər verir ki, o, bunu Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Sevilya” ilə baş tutan ilk oyunda reallaşdırıb.

 

28 yaşlı çərçivə qoruyucusu qolsuz bərabərliklə yekunlaşan səfər qarşılaşmasında 8 dəfə komandasını real qoldan xilas edib. Bununla da, David “Mançester Yunayted”in ÇL-də bir görüşdə ən çox seyv edən qapıçısı adına şərik olub. De Xea bu çıxışı ilə əfsanəvi qolkiper Edvin van der Sarın rekordunu təkrarlayıb.

 

Qeyd edək ki, van der Sar ÇL-in 2011-ci ildəki finalında “Barselona”nın futbolçularının 8 zərbəsini dəf etmişdi. Həmin görüş “mankunianlar”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

0