17 Noyabr 19:34 Açılış oyununda insident: “Qarabağ” azarkeşsiz qaldı
FUTBOL xəbərləri 17 Noyabr 19:34
4001 baxış

Açılış oyununda insident: “Qarabağ” azarkeşsiz qaldı

Azərbaycan Premyer Liqasının XII turu çəçivəsində baş tutan “Qarabağ” – “Sumqayıt” oyununda insident baş verib. Apasport.az saytının məlumatına görə, hadisə meydan sahiblərinin azarkeşləri ilə polislər arasında olub.

 

Belə ki, hələlik dəqiqləşdirə bilmədiyimiz səbəbdən fanatlarla asayiş keşikçiləri arasında münaqişə yaranıb. “Qarabağ”ın mətbuat xidmətindən matça ezam olunmuş əməkdaşımıza verilən məlumata görə, polislər azarkeşlərə qarşı zor tətbiq ediblər. Bir neçə azarkeşin döyülməsindən sonra qarşılaşmada iştirak edən fanat qrupları oyunu yarımçıq tərk ediblər.

 

Beləliklə, sözügedən oyunda iştirak edən “İmarət”, “İmrət Tayfa” və “İmarət Qrup” fanklubları stadiondan çıxıblar. Matçda isə az sayda sərbəst azarkeşlər qalıblar.

 

Qeyd edək ki, qarşılaşmanın ilk hissəsi meydan sahiblərinin 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Xəbər lenti