24 Fevral 14:35 AFFA-nın mərhum prezidentinin bacısı qətlə yetirildi
FUTBOL xəbərləri 24 Fevral 14:35
1729 baxış

AFFA-nın mərhum prezidentinin bacısı qətlə yetirildi

Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib. APA-nın qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində, ümumi sahəsi 320 kvadrat metr olan ikimərtəbəli evdə olub.

 

Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.

 

Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşəd qızının meyiti aşkarlanıb. Ər və arvadın qətlə yetirildiyi bildirilir.

 

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, meyiti aşkarlanan Pakizə Mirzəyevanın əl-ayağı və ağzı lentlə bağlı imiş. Bundan başqa, P. Mirzəyeva və F. Məmmədovun cəsədləri ayrı-ayrı otaqlarda tapılıb. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

 

Pakizə Mirzəyeva AFFA-nın keçmiş prezidenti, mərhum Ramiz Mirzəyevin bacısıdı və o, Tovuz rayon Poliklinikasında həkim işləyirdi.

 

Qeyd edək ki, fevralın 15-də isə Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev dünyasını dəyişib. Onun idarə etdiyi avtomobil Sabirabad rayonunun Həşimxanlı kəndində su kanalına aşıb.

Xəbər lenti