4 Avqust 12:02 AFFA rəsmisi Türkiyə prezidenti ilə görüşdü - VİDEO
FUTBOL xəbərləri 4 Avqust 12:02
1504 baxış

AFFA rəsmisi Türkiyə prezidenti ilə görüşdü - VİDEO

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Fənərbaxça” – “Şturm” matçını (1:1) izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da olub. Apasport.az saytı qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, o, görüşdən sonra mərhələ adlayan “sarı-lacivərtlilər”lə görüşüb.

 

Paltardəyişmə otağına daxil olan Ərdoğan “Fənərbaxça”nın məşqçi korpusu və futbolçularını bir-bir təbrik edib. Türkiyə prezidenti daha sonra hakimlər otağına yollanıb. Matçın referisi və onun köməkçiləri ilə əl sıxan Ərdoğan oyunun hakim-inspektoru olan həmyerlimiz, AFFA rəsmisi Asim Xudiyevlə də görüşüb.

 

Qeyd edək ki, ilk görüşdə 2:1 hesablı qələbəyə sevinən “Fənərbaxça” Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 

Xəbər lenti