20 May 00:59 Aleksandr Lakazet son qərarını verdi
FUTBOL xəbərləri 20 May 00:59
1683 baxış

Aleksandr Lakazet son qərarını verdi

Aleksandr Lakazet mövsüm başa çatdıqdan sonra “Lion”dan ayrılacaq. Apasport.az saytının məlumatına görə, bu barədə futbolçu özü “Ekip” nəşrinə açıqlama verib.

 

Lakazet komadadan ayrılmaq üçün əsl uyğun vaxt olduğunu bildirib: “Düşünürəm ki, “Lion”dan getmək üçün düzgün vaxtdır. Özüm üçün yeni hədəflər açmaq istəyirəm. İndi elə bir vaxtdır ki, fürsəti əldən vermək olmaz”.

 

Qeyd edək ki, bu mövsüm Liqa 1-in son turundakı “Nitsa” ilə oyun Aleksandr üçün “Lion” forması ilə sonuncu olacaq. Rəsmi olaraq təsdiqlənməmiş məlumatlara görə, Fransa millisinin üzvü “Atletiko”ya keçəcək.

Xəbər lenti