[b]“Aleksandriya”nın baş məşqçisi püşkatmaya sevinir[/b]
15.07.2017 - 10:20
[b]“Aleksandriya”nın baş məşqçisi püşkatmaya sevinir[/b]

“Portuqaliya klubu “Maritimu”ya rəqib olmağı heç istəməzdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Aleksandriya” klubunun baş məşqçisi Vladimir Şaran deyib.

 

Ukrayna təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində “Astra” – “Zirə” cütünün qalibi ilə qarşılaşacaq. Klubun rəsmi saytına açıqlamasında püşkün nəticəsini dəyərləndirən Şaran sevincini gizlətməyib.

 

O, “Astra” ilə qarşılamaq şanslarının daha yüksək olduğunu bildirib: “Potensial rəqiblərimiz arasında “Astra” favoritdi. Çünki onlar ilk oyunda 3:1 hesablı qələbə qazanıblar. Ancaq “Zirə”ni də siyahıdan silmək olmaz. Azərbaycan klubu ilk görüşdə məğlub olsa da, onların hələ də növbəti mərhələ şansı var. Püşkatmanı normal hesab edirəm. Ancaq istənilən halda, III təsnifat mərhələsində maksimum gücümüzü ortaya qoymalıyıq. Bir neçə yoxlama görüşü keçirsək də, bunlar rəsmi oyun kimi olmur. Rəqib kim olursa-olsun, hədəfimiz Avropa Liqasında pley-off mərhələsinə yüksəlməkdi”.

 

Qeyd edək ki, “Zirə” ilə “Astra” arasında cavab qarşılaşması iyulun 20-də “Dalğa Arena”da keçiriləcək.

0