21 May 14:45 Alleqrinin taleyinə aydınlıq gəldi
FUTBOL xəbərləri 21 May 14:45
387 baxış

Alleqrinin taleyinə aydınlıq gəldi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqrinin taleyinə aydınlıq gəlib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, təcrübəli mütəxəssis komandasında qalacaq.

 

Belə ki, 51 yaşlı çalışdırıcı klubun vitse-prezidenti Pavel Nedved və baş direktoru Cüzeppe Marotta ilə görüşüb. Tərəflər yeni müqavilə məsələsində ortaq məxrəcə gəliblər. Hazırkı anlaşması 2020-ci ilə qədər olan baş məşqçinin bunu daha bir il uzatması nəzərdə tutulub.

 

Qeyd edək ki, Massimiliano Alleqri 2014-cü ildən “Yuventus”a rəhbərlik edir.

Xəbər lenti