[b]Almaniya Superkubokunun qalibi bəlli oldu - VİDEO[/b]
06.08.2017 - 01:38
[b]Almaniya Superkubokunun qalibi bəlli oldu - VİDEO[/b]

Futbol üzrə Almaniya Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə son ölkə çempionu “Bavariya” ilə Almaniya Kubokunun qalibi "Borussiya" (Dortmund) üz-üzə gəlib.

 

Dörd qolun vurulduğu qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan "Bavariya" 5:4 hesabıyla üstün olub və Superkuboka sahib çıxıb.

 

Qeyd edək ki, bu, Münhen klubunun tarixində 6-cı belə uğurdu.

0