[b]Almaniya yığması tanış rəqiblərə qarşı[/b]
20.02.2018 - 01:24
[b]Almaniya yığması tanış rəqiblərə qarşı[/b]

Almaniya millisi mundialdan öncə iki yoxlama matçı keçirəcək. Apasport.az saytının məlumatına görə, “bundestim” Avstriya və Səudiyyə Ərəbistanı yığmaları ilə görüşəcək.

 

İyunun ikisində səfərdə qonşusu Avstiya ilə görüşəcək Yoahim Lövün komandası bundan 6 gün sonra ayın 8-də Leverkuzendə ərəbləri qonaq edəcək.

 

Hər iki komanda almanlar üçün tanış rəqiblərdi. Bu vaxta qədər Avstriya millisi ilə 20 dəfə qarşılaşmış “bundestim” 12 qələbə qazanıb. İki matçda avstriyalılar sevinibsə, 6 görüşdə qalib müəyyənləşməyib.

 

Səudiyyə Ərəbistanı ilə isə iki dəfə üz-üzə gəlmiş Almaniya yığması bu rəqibinin qapısından ümumilikdə 11 top keçirib.

 

Qeyd edək ki, Yoahim Lövün komandası sonuncu dünya çempionudur. Onlar DÇ-2014-ün finalında Argentinanı 1:0 hesabı ilə məğlub edərək kuboka sahib olmuşdular.

0