[b]Almeyda iştirak ərizəsinə salındı[/b]
16.07.2018 - 10:46
[b]Almeyda iştirak ərizəsinə salındı[/b]

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda yeni klubu “Astana”da debüt etməyə hazırlaşır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “Qarabağ”ın sabiq üzvü ilk dəfə Qazaxıstan təmsilçisinin heyətinə salınıb.

 

Çempionlar Liqasının I təsnifat mərhələsində “Sutyeska” ilə qarşılaşacaq “Astana” Monteneqroya 22 oyunçu ilə yollanıb. Baş məşqçi Roman Qriqorçuk 22 futbolçunu iştirak ərizəsinə salıb ki, onlardan biri də Almeydadı. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə avrokuboklarda iştirak üçün yeni komandasının növbəti mərhələyə adlamasına ümid etməlidi.

 

Qeyd edək ki, “Sutyeska” – “Astana” matçı iyulun 18-də keçiriləcək. Qazaxıstandakı ilk görüşdə ev sahibləri 1:0 hesablı qələbə qazanıb.

0