[b]Almeyda və Enrikenin fərqli bacarığı[/b]
19.10.2017 - 18:06
[b]Almeyda və Enrikenin fərqli bacarığı[/b]

Çempionlar Liqasının I dövrəsində ən çox qaçan futbolçuların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvələ Kipr APOEL-inin üzvü Vinisius başçılıq edir.

 

O, 3 qarşılaşmada 35 km 664 m məsafə qət edib. Ümumiyyətlə, 6 futbolçu 35 km həddini aşıb.

 

Azərbaycan çempionu “Qarabağ”ın rekordçusu isə Riçard Almeydadı. Milliləşən braziliyalı keçirdiyi 3 oyunda 34 km 701 m qaçıb. Yarımmüdafiəçi bu göstərici ilə Çempionlar Liqasının 13-cüsüdü.

 

“Qarabağ”ın digər yarımmüdafiəçisi Pedro Enrike də fərdi göstəricisi ilə UEFA-nın siyahısının ön pillələrindədi. Amma cənubi amerikalı heç də yaxşı mənada fərqlənməyib. O, 13 qayda pozuntusu ilə turnirin ən intizamsızıdı. 7 fol edən Dino Ndlovu isə bu siyahıda 10-cudu.

 

0