18 Fevral 00:00 Amil Yunanov: Oyunun gedişatı bu şəraiti yaratdı – MÜSAHİBƏ
FUTBOL xəbərləri 18 Fevral 00:00
4357 baxış

Amil Yunanov: Oyunun gedişatı bu şəraiti yaratdı – MÜSAHİBƏ

“Neftçi” ilə matçda “Sumqayıt”ın qollarından birinə imza ataraq qələbədə əsas rol oynayan Amil Yunanov matçdan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Görüş gözlədiyiniz kimi keçdi?

- Çətin oyun idi, amma yaxşı hazırlaşmışdıq. “Neftçi” də bizə yaxın pillələrdə qərarlaşıb. Sevinirik ki, qələbə qazandıq.

 

- İlk hissədə siz üstün olsanızda, ikinci yarıda vəziyyət bir az dəyişdi. Bu nə ilə bağlı idi?

- Oyunun gedişatı bu şəraiti yaratdı. Hesabda öndə olan komanda müdafiəni də düşünməlidi.

 

- Hətta rəqib azlıqda qalanda da sizdən daha üstün oynayırdılar...

- Əslində “Neftçi” 10 nəfər də olsa, 11 nəfər də olsa, zəif rəqib deyil. Bu komandaya qarşı oynamaq həmişə çətindi. Belə deyək, taktikalarmızıdan biri də əks-hücumlar üzrə oyun qurmaqdır. Əsas məqsədimiz qol buraxmamaq idi. İki qol vurduq və hesabı qoruya bildik.

 

- Rəşad  Sadiqov deyir ki, penalti haqsız qərardır, siz epizodu gördüz? 

- Mən həmin epizoda uzaq idim. Dəqiq nəsə deyə bilmərəm. Təkrara baxmamışam.

 

- Xal fərqi artdı. 4-cü yerə rahat oynaya bilərsiz?

- Elə deməzdim. Komandaların xalı bir-birinə çox yaxındır. Bir-iki oyunda xal itkisi rəqiblərin yerini dəyişməyə bəs edir. 

 

- Yığma ilə bağlı nə deyə bilərsən? Artıq qollar vurmağa başlamısan. Bu gün də fərqləndin...

- Əgər dəvət gəlsə, canla-başla gedərəm. Amma bu barədə çox danışmaq istəmirəm.

 

- Qurban Qurbanov bu barədə səninlə söhbət edib?

-   Xeyr, danışmayıb.

 

- Baqali Dabonun aktivində 10, sən isə 6 qol var. Bombardir olmağa iddian var?

- İddia çempionat başlamamışdan qabaq olur. Bombardir olanda özünə daha çox inam olur. Hələ heç nə bitməyib. Hər şey qabaqdadır.

 

- İstək var?

- Əlbəttə, son tura qədər davam edəcək.

Xəbər lenti