27 May 17:41 “Anortosis”də qalmaq istəyirdim” – Araz Abdullayev
FUTBOL xəbərləri 27 May 17:41
3411 baxış

“Anortosis”də qalmaq istəyirdim” – Araz Abdullayev

Bu gün Azərbaycan milli komandasının baş məşqçisi və futbolçularının iştirakı ilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın yarımmüdafiəçisi Araz Abdullayev jurnalistlərin suallarına cavab verib.

 

- Daim oynayan legionerlərdən birisən. Fiziki durumun necədi? Nə qədər hazırsan?

- Qarşıda 3 oyun var. Yoldaşlıq oyunları olsa da, bizim üçün önəmlidilər. Özümü hazır hiss edirəm. Komandaya maksimum kömək etməyə çalışacam.

 

- “Anortosis”də qalmadın, ancaq yenidən Avropaya qayıtmaq planların var...

- Əlbəttə, Avropada oynamaq, Azərbaycanı təmsil etmək fikrim var. Ancaq “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Dəqiq bir şey yoxdu.

 

- Qurban Qurbanov sənə transferin, Avropada oynamaq barədə nə məsləhətlər görüb?

- Komandada taktiki gedişlər barədə söhbətimiz olub. Transfer, Avropa barədə söhbətimiz olmayıb.

 

- “Anortosis”dən ayrılman sırf səninlə bağlıdı, yoxsa klublarlar arasında problem var idi?

- Daimi oyun təcrübəm var idi. Orda qalmaq istəyirdim. Problemin nə olduğunu dəqiq bilmirəm. Əvvəlcədən bir şey deyə bilmirəm.

 

- Yunanıstanda və Kiprdə çıxış etmisən. Çempionatımızın səviyyəsini onlarla müqayisə etsən, hansı qənaətə gələrsən?

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Bizdə isə ümumi 8 komanda çıxış edir. Burda yetişdiyimə görə Azərbaycan futbolu haqqında pis danışa bilmərəm. Harda oynamağımdan asılı olmayaraq, yığmaya düşmək üçün hər şeyi edəcəm.

Xəbər lenti