21 Fevral 17:01 Anri Neymara çıxış yolunu göstərdi: Başqa idman növünə keçsin
FUTBOL xəbərləri 21 Fevral 17:01
419 baxış

Anri Neymara çıxış yolunu göstərdi: Başqa idman növünə keçsin

“Barselona”nın sabiq hücumçusu Tyerri Anri maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc mütəxəssis Neymarın Kataloniya klubundan ayrılmasını dəyərləndirib.

 

Fransalı futbol əfsanəsinin fikrincə, ötən yayda PSJ-yə transfer olunan Neymar heç vaxt Lionel Messini qabaqlaya bilməyəcək. O, braziliyalıya hətta çıxış yolunu da göstərib: “Neymarın “Barselona”dan getmə səbəbinin Messinin kölgəsindən qurtulmaq olub-olmadığını bilmirəm. Onsuz da, indi bütün futbolçular Messinin kölgəsindədi. Əgər Neymar bundan xilas olmaq istəyirsə, başqa idman növünə keçməlidi”.

 

Qeyd edək ki, Neymar mövsümün əvvəlində 222 milyon avro müqabilində “Barselona”nı PSJ-yə dəyişib.

Xəbər lenti