[b]Anri "Sky Sports"dan ayrıldı[/b]
17.07.2018 - 10:41
[b]Anri "Sky Sports"dan ayrıldı[/b]

Tyerri Anri artıq “Sky Sports”da mütəxəssis kimi çalışmayacaq. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, o, kanaldakı işindən imtina edib.

 

Anri bütün diqqətini məşqçilik karyerasına yönəltmək qərarına gəlib.

 

Fransız 2016-cı ildən bəri Belçika millisinin baş məşqçisi Tyerri Anrinin məşqçilər korpusunda yer alır.

 

Qeyd edək ki, Tyerri Anri 2015-ci ildən “Sky Sports”da mütəxəssis kimi çalışırdı.

0