[b]Ansi Aqolli komandadan ayrı düşdü[/b]
14.01.2018 - 00:38
[b]Ansi Aqolli komandadan ayrı düşdü[/b]

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda beşinci günü iki məşqlə tamamlayıb.

 

Günün ilk məşqi saat 11:00-da start götürüb və fitnes zalında baş tutub. 

 

İkinci məşq isə yerli vaxtla 17:30-da meydançada baş tutub və təxminən 90 dəqiqə davam edib.

 

Futbolçular isinmə hərəkətlərinin ardından fiziki və toplu çalışmalarla davam edib.

 

Ansi Aqolli isə fizioterapevt nəzarəti altında məşq edib.

0