[b]Araz Abdullayev cəzalandı, komandasından qələbə[/b]
16.12.2017 - 20:17
[b]Araz Abdullayev cəzalandı, komandasından qələbə[/b]

Kiprin I Divizionunda XVI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb.

 

Famaqusta təmsilçisi “Aris” səfərinə yollanıb. Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Araz matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub. Ötən tur komandasının qələbə qoluna imza atan Abdullayev bu dəfə 71-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

Qeyd edək ki, 16 oyundan sonra aktivində 36 xal olan “Anortosis” bir oyun artıq keçirməklə turnir cədvəlinin lideridir.

0