20 Noyabr 00:19 Araz Abdullayev üçün 1 saat 3 dəqiqə
FUTBOL xəbərləri 20 Noyabr 00:19
770 baxış

Araz Abdullayev üçün 1 saat 3 dəqiqə

Futbol üzrə Kipr çempionatında XII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Araz Abdullayevin formasını geyindiyi “Anortosis” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Ermis”lə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 2:1.

 

Matça start heyətində başlayan Araz 63-cü dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, 12 oyundan sonra aktivində 26 xal olan Famaqusta təmsilçisi turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

Xəbər lenti