[b]“Araz”ın qoşulmaq istədiyi “onluq”[/b]
13.10.2017 - 13:09
[b]“Araz”ın qoşulmaq istədiyi “onluq”[/b]

Azərbaycan çempionu “Araz”ın da mübarizə apardığı futzal üzrə UEFA kubokunun əsas mərhələsi başa çatmasa da, 10 komanda turu adlayıb. Apasport.az saytının məlumatına görə, elit-raunda yüksələn ilk iki turun nəticələrinə əsasən istəyinə çatıb.

 

A yolunda hər qrupdan üç komanda mərhələ adladığından 12 xoşbəxtdən 9-u müəyyənləşib. I qrupda “Kayrat” (Qazaxıstan), “Stalitsa” (Belarus), II qrupda “İnter” (İspaniya), “Dina” (Rusiya), “Braqa” (Portuqaliya), III qrupda “Sportinq” (Portuqaliya), “Ekonomak” (Serbiya), IV qrupda isə “Barselona” (İspaniya), “Luparense” (İtaliya) buna nail olub. Yalnız qaliblərin elit-raunda çıxdığı B yolundan isə “Halle Quik” (Belçika) istəyinə çatıb. Bu komanda VII qrupda 1-ci yeri təmin edib.

 

Bu “onluğ”a qoşulmaq iddiasında olan “Araz”ın taleyinə sabah aydınlıq gələcək. Rumıniyada yerli “Deva” ilə görüşəcək çempionumuz elit-raundun 1 addımlığındadı. 6 xalla lider olan təmsilçimiz uduzmasa, hədəfinə çatacaq. Digər oyunun nəticəsindən asılı olaraq, “Araz”a kiçik hesablı yenilgi də kifayət edə bilər.

0