24 May 20:19 Arda Turanın cəzası azaldıldı
FUTBOL xəbərləri 24 May 20:19
527 baxış

Arda Turanın cəzası azaldıldı

Arda Turanın cəzası azaldılıb. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi qərar verib.

 

Türkiyə Superliqasının 32-ci turunda “Sivasspor”la matçda baş hakimə hücum etdiyi üçün 10, yan xətt hakimini ölümlə hədələdiyi üçün 3 və həmçinin təhqir etdiyi üçün daha 3 oyun – üst-üstə 16 oyun cəzalanan yarımmüdafiəçinin cəzası 10 oyuna endirilib.

 

Futbolçunun ödəməli olduğu 39 min lirə cərimə isə qüvvədə qalıb.

 

Qeyd edək ki, geridə qalan mövsümün son iki qarşılaşmasını buraxan Arda yeni mövsümün də ilk 8 qarşılaşmasında komandasına kömək edə bilməyəcək.

Xəbər lenti