[b]Arsen Venger: Azərbaycanla oyunda bunu gözləmirdim[/b]
13.10.2017 - 11:26
[b]Arsen Venger: Azərbaycanla oyunda bunu gözləmirdim[/b]

“İnanmıram ki, Mustafi milli komandaların növbəti toplanışına qədər sıraya dönsün. Hər zaman hansı futbolçunun daha az zədələnmə ehtimalı olduğunu düşünürəmsə, onu da itiririk”. Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın baş məşqçisi Arsen Venger deyib.

 

“Topçular”ın müdafiəçisi Şkodran Mustafi Almaniya yığmasının heyətində DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla qarşılaşmada (5:1) zədələnərək 6 həftəlik sıradan çıxıb.

 

Bununla bağlı Britaniya mətbuatına danışan Venger oyunçusunun Kayzerslauterndəki qarşılaşmada iştirakına təəccübləndiyini söyləyib: “Birincisi, Mustafinin Azərbaycanla oyunda meydana çıxacağını gözləmirdim. İkincisi, Almaniya həmin vaxta qədər liderliyi təmin etdiyindən, futbolçunun zədələnəcəyini düşünmürdüm. Üstəlik, ondan bir neçə gün əvvəl Şimali İrlandiya ilə görüşü buraxmışdı. Bu üzdən hansısa sıx qrafikdən, yorğunluqdan danışmaq olmaz. Lakin Mustafi Azərbaycanla matçda iştirak etdi və onu itirdik. Artıq bunlarla mübarizə aparmaq məcburiyyətindəyik”.

 

Qeyd edək ki, Almaniya – Azərbaycan görüşününü 36-cı dəqiqəsində zədələnən Şkodran Mustafi yerini Mattias Ginterə vermişdi.

0