20 Noyabr 19:00 “Arsenal” 2 milyon avroya skaut transfer etdi
FUTBOL xəbərləri 20 Noyabr 19:00
622 baxış

“Arsenal” 2 milyon avroya skaut transfer etdi

Dünya futbolu üçün sürpriz transfer gerçəkləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Arsenal” hansısa futbolçunu yox, onları kəşf edən şəxsi transfer edib.

 

Belə ki, “topçular” Dortmund “Borussiya”sının skautu Sven Mislintatla anlaşıb. Baş məşqçi Arsen Vengerin tapşırığı ilə baş tutan keçid Premyer Liqa klubuna 2 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Sven Mislintat indiyə qədər Yakub Blaşikovski, Mats Hummels, Robert Levandovski, Şinji Kaqava, Pyerr-Emerik Obameyanq, İlkay Gündoğan və Usman Dembele kimi ulduz futbolçuları kəşf edərək, “Borussiya”ya qazandırıb.

Xəbər lenti