[b]"Arsenal" Bundesliqadan iki oyunçunun transferini razılaşdırdı[/b]
13.06.2018 - 13:30
[b]"Arsenal" Bundesliqadan iki oyunçunun transferini razılaşdırdı[/b]

“Arsenal” “Bayer”in qolkiperi Bernd Lenonun transferini yekunlaşdırmaq üzrədi. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, alman qapıçı ilə yanaşı, “topçular” Dortmund “Borussiya”sı ilə müdafiəçi Sokratis Papastatopulosun keçidini də razılaşdırıb.

Lenonun Leverkuzen klubu ilə müqaviləsi 2020-ci ilin yayında bitir. Papastatopulosun “Borussiya” ilə olan sazişi isə 2018-19 mövsümünün sonunda başa çatacaq. “Transfermarkt” hər iki oyunçunun transferini 20 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Unay Emeri mayda “Arsenal”ın baş məşqçisi postunda Arsen Vengeri əvəz etmişdi.

0