[b]“Arsenal”dan 51 milyonluq təklif[/b]
17.02.2018 - 13:48
[b]“Arsenal”dan 51 milyonluq təklif[/b]

“Lion”un hücumçusu Nabil Fekir karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “Arsenal”ın maraq dairəsinə düşüb.

 

“Topçular” Fransa yığmasının üzvünü mövsümün sonunda heyətinə qatmaq niyyətindədi. İndidən qarşı tərəflə danışıqlara başlayan London klubunun rəhbərliyi Fekirə görə 51 milyon avro xərcləməyə hazırdı.

 

İngilislər bu keçidi DÇ-2018-in startına qədər həyata keçirməyi planlaşdırırlar.

 

Qeyd edək ki, “Lion”un yetirməsi olan Fekir 2013-cü ildən əsas komandada oynayır.

0