[b]Astanada start: 2 gündə 12 qarşılaşma[/b]
23.07.2018 - 10:33
[b]Astanada start: 2 gündə 12 qarşılaşma[/b]

Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 12 qarşılaşma baş tutacaq.

 

Bu matçlarda 10-da çempionlar, 2-də isə ölkəsində mükafatçı olan komandalar meydana çıxacaq. İlk oyun günündə 7 cüt münasibətlərini aydınlaşdıracaq.

 

Mərhələyə Qazaxıstanda start veriləcək. “Astana” öz meydanında “Midtulland”ı qəbul edəcək. İlk oyun günündə 6 dueldə çempionlar üz-üzə gələcəksə, PAOK “Bazel”i sınağa çəkəcək.

 

İyulun 25-də ilk oyunlara yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” Albaniyanın “Kukesi” klubu ilə görüşəcək. Qurban Qurbanovun yetirmələri ilk matçı səfərdə keçirəcək. Liqa yolunda isə “Ayaks” Avstriya “Şturm”unu sınağa çəkəcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi

Çempionlar yolu

24 iyul


18:00. “Astana” (Qazaxıstan) - “Midtulland” (Danimarka)

20:00. ÇFR (Rumıniya) - “Malmö” (İsveç)

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Hapoel” (Beyer-Şeva, İsrail)

22:15. “Şkendiya” (Makedoniya) - “Şerif” (Moldova)

22:30. “Srvena Zvezda” (Serbiya) - “Suduva” (Litva)

23:00. “Legiya” (Polşa) - “Spartak” (Slovakiya)

25 iyul

21:00. “Ludoqorets” (Bolqarıstan) - “Videoton” (Macarıstan)

21:00. BATE (Belarus) - HİK (Finlandiya)

21:00. “Kukesi” (Albaniya) - “Qarabağ” (Azərbaycan)

22:45. “Seltik” (Şotlandiya) - “Rusenborq” (Norveç)

 

Liqa yolu

24 iyul

21:30. PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə)

25 iyul

22:30. “Ayaks” (Hollandiya) – “Şturm” (Avstriya)

0