16 Oktyabr 12:00 “Atletiko” 1632 gün sonra yenidən Bakıda
FUTBOL xəbərləri 16 Oktyabr 12:00
526 baxış

“Atletiko” 1632 gün sonra yenidən Bakıda

İki gündən sonra Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyununda “Qarabağ”la qarşılaşacaq “Atletiko” tarixində 2-ci dəfə Bakıda meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, İspaniya klubu 4 il yarım əvvəl də ölkəmizin qonağı olub.

 

2013-cü ilin aprelində paytaxtımıza gələn “Atletiko” ayın 30-da “Bakı” ilə yoxlama oyunu keçirib. 1632 gündən sonra yenidən Bakıda meydana çıxacaq Madrid klubu bu dəfə Olimpiya stadionunda oynayacaq. Paytaxt klublarının dueli isə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmişdi.

 

Həmin qarşılaşmanın iştirakçılarından yalnız biri – Mahir Mədətov ikinci dəfə “Atletiko”ya qarşı oynamaq imkanına malikdi. O, 4 il yarım öncə fasilədən sonra Rauf Əliyevi əvəzləmişdi.

 

4 il yarım əvvəl Bakıda qələbə sevinci yaşayan “Atletiko”da isə belələri daha çoxdu. 5 futbolçu yenidən ölkəmizdə qələbə qazanmağa çalışacaq. Həmin matçın iştirakçılarından Xuanfran, Filipe və Qabi 63-cü dəqiqədə meydana çıxmışdı. Koke və Saul fasilədə bir-birini əvəzləmişdi.

 

Amma “Atletiko”ya 3:0 hesablı qələbəni gətirən qolların müəllifləri də indi bu komandada deyil. 2013-cü ildə Oliver Torres 43-cü, Raul Qarsiya 83 və 88-ci dəqiqələrdə fərqlənmişdi.


 

Xəbər lenti