16 Oktyabr 14:11 “Atletiko” bu gün gəlir
FUTBOL xəbərləri 16 Oktyabr 14:11
376 baxış

“Atletiko” bu gün gəlir

“Atletiko”nun Bakıya gələcəyi tarix müəyyənləşib. Apasport.az-ın “Marca” nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi Çempionlar Liqasının III turunda “Qarabağ”la keçiriləcək səfər qarşılaşması üçün bu gün yola düşəcək.

 

İspaniya nəhəngi yerli vaxtla 14:00-da yola düşəcək. Təxminən 4000 km məsafə qət edəcək təyyarə 6 saatlıq uçuşun ardından Bakı vaxtı ilə 22:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək. Baş məşqçi Dieqo Simeone komandasını qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda sabah son məşqə çıxaracaq.

 

Qeyd edək ki, oktyabrın 18-də keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq.

Xəbər lenti