[b]"Atletiko" və "Real" yarımfinalda![/b]
19.04.2017 - 01:13
[b]"Atletiko" və "Real" yarımfinalda![/b]

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Real” – “Bavariya” və “Lester” -  “Atletiko” oyunları keçirilib.

 

Münhendə qeydə alınan 2:1 hesablı qalibiyyət “kral klubu”nun yarımfinala adlamaq şansını artırmışdı. Madriddə isə azarkeşlər çox gərgin matça şahidlik ediblər. Əvvəlcə Levandovski hesabı açıb. Ronaldo hesabı bərabərləşdirsə də, iki dəqiqə sonra Ramos topu öz qapısından keçirib. Bu hesab oyunu uzatma dəqiqələrinə aparıb. Əlavə olunmuş vaxtda isə Kristiano Ronaldo het-trikə imza atıb. Daha bir qolu isə Asensio vurub. Beləliklə, səfərdəki 2:1 hesablı qələbədən sonra doğma meydanda da darmadağına sevinən "kral klubu" yarımfinala adlayan tərəf olub.

 

Günün digər matçında “Atletiko” “Lester”in qonağı olub. Madriddəki ilk görüşdə Dieqo Simeonenin komandası 1:0 hesablı qələbəyə sevinmişdi. Cavab oyunundakı 1:1 hesablı bərabərlik isə madridliləri yarımfinala çıxarıb.

 

Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

18 aprel

 

“Real” (İspaniya) – “Bavariya” (Almaniya) - 4:2 (əlavə vaxtda)

Qollar: Ronaldo, 76, 105, 110 (əlavə vaxtda), Asensio, 112 (əlavə vaxtda) - Levandovski, 53 (pen.), Serxio Ramos, 78 (öz qapısına)

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

İlk oyun - 2:1

 

“Real”: 1. Keylor Navas, 2. Carvaxal, 6. Naço, 4. Serxio Ramos, 12. Marcelo, 14. Kazemiro, 8. Toni Kroos, 19. Luka Modriç, 22. İsko, 7. Kristiano Ronaldo, 9. Benzema

 

“Bavariya”: 1. Manuel Noyer, 21. Filip Lam, 17. Jerom Boatenq, 5. Matz Hummels, 27. David Alaba, 14. Xabi Alonso, 23. Arturo Vidal, 6. Tyaqo Alkantara, 10. Aryen Robben, 7. Frank Riberi, 9. Robert Levandovski

 

“Lester” (İngiltərə) – “Atletiko” (İspaniya) - 1:1

Qollar: Vardi, 61 - Nigez, 26

Baş hakim: Canluka Rokki (İtaliya)

İlk oyun – 0:1

 

“Lester”: 1. Kasper Şmeyxel, 4. Danni Drinkvotr, 5. Ues Morqan, 9. Ceymi Vardi, 11. Mark Olbrayton, 17. Danni Simpson, 20. Şinci Okazaki, 25. Vilfred Ndidi, 26. Riyad Mahrez, 28. Kristian Fuş, 29. Yohan Benaluan

 

“Atletiko”: 13. Yan Oblak, 20. Xuanfran, 15. Stefan Savic, 2. Dieqo Qodin, 3. Filipe Luis, 8. Saul Nigez, 24. Xose Mariya Ximenez, 14. Qabi, 6. Koke, 10. Yanik Karrasko, 7. Antonio Qrizman

 

0