[b]“Atletiko” yola çıxdı: Azərbaycan bizi gözləyir[/b]
16.10.2017 - 16:28
[b]“Atletiko” yola çıxdı: Azərbaycan bizi gözləyir[/b]

“Atletiko” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün səfərə çıxıb. Apasport.az-ın klubun rəsmi tvitter səhifəsinə istinadən məlumatına görə, Madrid təmsilçisini Bakıya gətirən təyyarə az öncə havaya qalxıb.

 

Səfər öncəsi futbolçuların hava limanında və təyyarədəki fotoları paylaşılan sosial şəbəkə səhifəsində bu sözlər yazılıb: “Azərbaycan bizi gözləyir. La Liqadan Çempionlar Liqasına dönüş. Gedirik!”

 

Təxminən 6 saat yol qət etməsi gözlənilən təyyarə Bakı vaxtı ilə 22:00-da paytaxtımıza çatacaq.

 

Qeyd edək ki, “Qarabağ” – “Atletiko” qarşılaşması oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

0