[b]"Atletiko"da 2 yeni müqavilə, 1 transfer[/b]
19.06.2018 - 10:17
[b]"Atletiko"da 2 yeni müqavilə, 1 transfer[/b]

“Atletiko”nun iki futbolçusu klubu ilə müqavilə müddətini uzadıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, söhbət müdafiəçi Lukas Ernandes və hücumçu Antuan Qrizmanndan gedir.

“Barselona”ya keçməkdən son anda imtina edən Qrizmann 2022-ci ilə qədər olan anlaşmasının müddətini daha 1 il uzadıb. Müqavilənin detalları açıqlanmasa da, Fransa millisinin üzvünün məvacibi artırılıb. Ernandes isə yeni sazişə əsasən, 2024-cü ilə qədər madridlilərə məxsus olacaq.

“Atletiko” həmçinin “Monako”nun yarımmüdafiəçisi Toma Lemarın keçidini də rəsmən elan edib.

0