19 Oktyabr 14:15 “Atletiko”nun xal itkisindən istifadə edə bilmədik”  - FOTO
FUTBOL xəbərləri 19 Oktyabr 14:15
1000 baxış

“Atletiko”nun xal itkisindən istifadə edə bilmədik” - FOTO

“Çempionlar Liqasının fərqli turnir olduğunu bir daha anladıq. Bu cür oyunlar keçirmək xoşdu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu Eden Azar deyib.

 

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan London təmsilçisi III tur çərçivəsində öz meydanında “Roma” ilə heç-heçə (3:3) edib.

 

UEFA-nın saytına açıqlama verən Azar matçla bağlı fikirlərini bildirib. Belçikalı yarımmüdafiəçi meydana qələbə üçün çıxdıqlarını, lakin bunu bacarmadıqlarını qeyd edib: “Hər iki komanda nəticədən razı olmalıdı. Amma ümumi götürsək, biz qələbə qazanmalıydıq. Çünki öz meydanımızdakı görüşdə fasiləyə öndə yollanmışdıq. Həmin üstünlüyü qoruyub saxlamalı idik. Qələbə qazansaq, daha yaxşı olardı. Üstəlik, digər görüşdə “Atletiko” xal itkisi ilə üzləşdi. Bundan istifadə edə bilmədik. Bütün gücümüzü meydanda qoysaq da, qalib gəlmək mümkün olmadı. Unutmayaq ki, rəqibin heyətində Edin Dzeko kimi fantastik hücumçu var. Əsas qrupda liderliyi davam etdirməkdi. Romaya qələbə dalınca gedəcəyik”.

 

Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan “Çelsi” qrupda 1-ci, 5 xalı olan “Roma” 2-ci pillədə qərarlaşıb. “Qarabağ” isə 1 xalla sonuncu yerdədi.  

Xəbər lenti