[b]"Atletiko"ya qarşı futbol oynamağa çalışmamalısan" - Finaldan sonra[/b]
17.05.2018 - 11:04
[b]"Atletiko"ya qarşı futbol oynamağa çalışmamalısan" - Finaldan sonra[/b]

UEFA Avropa Liqasına yekun vuruldu. Final görüşündə "Marsel"i 3:0 hesabı ilə məğlub edən "Atletiko" turnirin qalibi adını qazanıb. Apasport.az saytının məlumatına görə, oyundan sonra hər iki komandanın baş məşqçiləri və futbolçuları fikirlərini bölüşüblər:

 

Dieqo Simeone (“Atletiko”): “İllər keçdikcə futbolçularımız daha da yaxşı oyun nümayiş etdirirlər. Qələbə qazanmaq üçün ən yaxşı yol öz tərzinizdə israr etməkdi. Çempionlar Liqasında iki dəfə final oynayanda da kuboka yaxın idik. Bu qələbə bizim zamanla daha da gücləndiyimizin sübutudu. Son 8-10 il “Atletiko” üçün möhtəşəm keçir. Əvvəlcə doğru adamları tapdıq, sonra isə onları yetişdirdik.

 

Diskvalifikasiya səbəbindən komandanın yanında ola bilmədiyim üçün özümü yalnız hiss edirdim. Mənim üçün çətin idi, ancaq futbolçularla əla əlaqələrim olduğundan, məni başa düşürdülər. Nə istədiyimizi bilirdik. Əla ikinci hissə keçirdik.

 

Qrizmannın son illərdə nümayiş etdirdiyi oyunu davam etdirməsini diləyirik. Ümid edirəm ki, “Atletiko”da xoşbəxtdi və burada qalacaq. O gedirmi? Bu sual ona ünvanlanmalıdı, mənə yox.

 

Torres ən yaxşı vida mərasiminə layiqdi. Onun xəyalları reallaşdı. İnanıram ki, “Vanda Metropolitano” bazar günü emosiyalarla dolub daşacaq. Mən Fernando üçün bir şey etməmişəm, o nə əldə edibsə, öz gücünə edib. Torres çox yaxşı insandı”.

 

Antuan Qrizmann (“Atletiko”): “Simeonenin rəhbərliyi altında kubok qazanmağı xəyal edirdim. Öz-özümə deyirdim ki, artıq zamanı çatıb. Dieqo mənə çox şey öyrədib. O, məni dünyanın ən yaxşı futbolçularından biri edib. Ümid edirəm, bu səviyyədə oynamağa davam edəcəm.

 

Kluba qarşı olan hisslərim hər il, hər mövsüm daha da güclənir. “Atletiko”da dörd mövsüm keçirmişəm və artıq komanda yoldaşlarımla güclü münasibətlərim var. Bu səbəbdən hər şeyimi ortaya qoyuram”.

 

Qabi (“Atletiko”): Bu, çox önəmli matç idi. Avropanın ən güclü komandalarından biri olduğumuzu sübuta yetirdik. Qrizmann bütün diqqətini “Atletiko”ya yönəltdiyini nümayiş etdirdi. Ümid edirəm ki, komandada qalacaq. Qazandığımız kubok onun fikrini dəqiqləşləşdirməsinə yardımçı ola bilər. Bu, önümüzdəki mövsümlər üçün önəmlidi.

 

Torres üçün kuboku başı üzərinə qaldırmaqdan daha yaxşı vida ola bilməzdi. O, buna tamamilə layiqdi.

 

Avropa Liqasının mənasız turniri olması barədə dediklərim? İndi öz dediklərimi “uda” bilərəm. Çempionlar Liqasında pley-off mərhələsinə çıxa bilməmək bizim hamımız üçün ağır idi. Elə anlarda nə edəcəyini bilmirsən”.

 

Rudi Qarsiya (“Marsel”): “Birinci hissədə şanslarımızdan yararlana bilmədik. Oyunda ilk real şansımızı qaçırdıq. Sonra səhv buraxdıq və bu səhv qapımızda qolla nəticələndi. “Atletiko” kimi komandalarla oyunda hesabda geri düşməməyə çalışmalısız, çünki sonra işlər çətinləşir. Rəqib ikinci hissədə oyun səviyyəsini daha da artırdı.

 

Mitroqlunun zərbəsindən sonra top dirəyə dəyəndə çox təəssüfləndim. Qol bizi oyuna qaytara bilərdi. “Atletiko” möhtəşəm komandadı. Utanılası bir şey etməmişik.

 

Payeti əvvəldəcə meydana buraxmaq qərarına gəlmişdim. O, bizim ən yaxşı futbolçularımızdan biridi, hətta məhdud şərtlərdə belə, Jermen üçün şans yaratdı. Standart vəziyylərdə Payeti meydanda axtarırdıq. “Atletiko” az qol buraxır, əksər hallarda, həmin qollar da standart vəziyyətlərdən vurulur.

 

Payet bu gün tam hazır deyildi. Sadəcə, belə oyunlarda risk etməli olursan”.

 

Florian Toven (“Marsel”): “Oyuna çox yaxşı başlamışdıq. Təəssüf ki, qol buraxdıq. Ondan sonra özümüzə gəlməyimiz zamanımızı aldı. Bu, bizi üzür. Əla mövsüm keçirdik və sonda mükafata layiq idik. Güclü komandaya qarşı oynadıq. Bu oyundan dərs almalıyıq”.

 

Adil Rami (“Marsel”): “Buraxdığımız ilk qol oyunun dönüş nöqtəsi idi. O ana qədər rəqib müdafiəsü üçün çoxlu təhlükəli epizodlar yaratmışdıq. İrəli getmək üçün bu matçdan dərs çıxarmalıyıq. İndi ən önəmlisi budu.

 

Son addımı atmağa çox yaxın idik. Bütün gücümüzlə savaşdıq. Lazımi qədər təcrübəmiz yoxdu. "Atletiko" kimi komandalara qarşı futbol oynamağa çalışmamalısan. Uzun ötürmələrə cəhd etməli və qayıdan topları götürməlisən. Kombinasiyalı futbol oynamağa çalışanda topu itirən kimi problem yaranır”.

0