18 Fevral 22:40 Avropa kubokunda daha 3 medal
FUTBOL xəbərləri 18 Fevral 22:40
385 baxış

Avropa kubokunda daha 3 medal

İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Apasport.az saytı xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar.

 

Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) "gümüş", Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) "bürünc" əldə edib.

 

Beləliklə, yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günündə Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb.

 

Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır.