[b]Avropa Liqası: “Qəbələ”nin oyunlarının yeri dəyişdirildi [/b]
21.06.2018 - 14:00
[b]Avropa Liqası: “Qəbələ”nin oyunlarının yeri dəyişdirildi

[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının Əsas yolunun I təsnifat mərhələsində “Proqres”ə qarşı keçirəcəyi oyunların yeri dəyişdirilib. Apasport.az klubun saytına istinadən məlumat verir ki, iyulun 12-də baş tutacaq ilk qarşılaşma Qəbələ şəhər stadionunda keçiriləcək.

Görüş saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda keçiriləcək.

 

0